Azerbaijan Medical Doctors and Students Public Union

Email

office@azermds.org

Phone

T: 0099 4125 644 427

Web

http://www.azermds.org/

Address

2A, K.Rahimov str. Apt.48, Baku 1072 Azerbaijan
About Azerbaijan Medical Doctors and Students Public Union

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildə Azərbaycanda IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri- hökumət və qeyri-siyasi federasiyasıdır. 100 ölkədən 102 milli təşkilat bu federasiyaya tamhüquqlu üzvdür və dünya üzrə 1 milyona yaxın tibb tələbləsini təmsil edir.
2004-2006-cı illərdə IFMSA-da namizəd üzv kimi fəaliyyət göstərmişik. 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüyük. 2007-ci ildə “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Republikasının qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb.

AzerMDS-in Vəzifəsi

AzerMDS-in vəzifəsi Azərbaycanlı həkimlərin və təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır.

AzerMDS-in Məqsədi

Azərbaycanın gənc həkimlərinin və təbib tələbələrinin milli və qlobal səviyyədə ictimai sağlamlıq işlərində iştirak etməsini təmin etmək
Sağlamlıqla bağlı problemlərdə gənclərin fəallığını artırmaq
Sistematik olaraq gəncləri, xüsusilə də regionlardan olan gəncləri müxtəlif layihələr daxilində sağlamlıq haqqında məlumatlandırmaq
Xarici ölkələrdə gənc həkimlərin və təbib tələbələrin elmi və professional mübadiləsinə imkan yaratmaq
IFMSA daxil olmaqla beynəlxalq tibbi təşkilatlarla əməkdaşlıq etmək
Gənc həkimlər və təbib tələbələr üçün səhiyyə sistemində və tibb elmində olan yenilikləri işıqlandırmaq
Qərbin tibb təhsili sistemi və tədris planının üstünlükləri ilə Azərbaycanın gənc həkimlərini və təbib tələblərini tanış etmək
Gənc həkimlərə və təbib tələbələrə beynəlxalq elmi və professional tibbi təşkilatlar haqqında məlumat almaq və onlarla əməkdaşlıq etməyin yollarını izah etmək
Gənc həkimlərə və təbib tələblərə ixtisaslarının düzgün seçilməsində yardım etmək